Çərşənbə, 15 May

Putin Ərdoğana GİLEYLƏNDİ: "Siz Ukraynaya PUA-lar verirsiniz, bizə niyə vermirsiniz, biz də almaq istərdik”

image

Putin Türkiyədən “Bayraktar” almaq istəyir.

Xəbər verilir ki, bu barədə Türkiyə Prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri və mətbuat katibi  İbrahim Kalın açıqlama verib. O, Putin və Ərdoğanın Rusiyada “Bayraktar” PUA-nın birgə istehsalı ilə bağlı danışıqlar barədə yayılan şayiələri cavablandırıb.

“Cənab Putin yarı zarafat, yarı ciddi dedi: “Siz Ukraynaya PUA-lar verirsiniz, niyə onları bizə vermirsiniz, biz də onları almaq istərdik”. Bizim prezidentimiz də gülümsədi.

Heç bir öhdəlikdən söhbət gedə bilməz. Putin də bizim mövqeyimizdən xəbərdardır. Biz Ukraynanın özünümüdafiə hüququnu tanıyırıq. Amma biz bunu müharibəni qızışdırmaq üçün deyil, mümkün qədər tez bitirmək üçün edirik”, – deyə Kalın bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00